Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şabranın Rəhimli kənd sakinləri şəhidlərin xatirəsinə abidə kompleksi inşa etdirib - VİDEO

Şabranın Rəhimli kənd sakinləri şəhidlərin xatirəsinə abidə kompleksi inşa etdirib - VİDEO

Tarix: 8 Noyabr 2021 17:08

Torpaqlarımızın azadlığı uğrunda gedən mübarizə zamanı Şabranın Rəhimli və Uzunboyad kəndindən olan qəhrəmanlar da iştirak edərək şəhadətə yüksəlib. Bu qəhrəmanların xatirəsi Rəhimli kəndindən olan 3 dost tərəfindən əbədiləşdirilib.

Belə ki, Rəhimli kəndinin mərkəzində şəhidlər üçün bulaq və abidə kompleksi inşa edilib. Abidə kompleksində Rəhimli və Uzunboyad kəndindən olan 11 şəhidin büstü qoyulub. Vətən uğrunda şəhadətə yüksələn igidlərdən 4 nəfəri birinci Qarabağ, 7 nəfəri isə 44 günlük Vətən Müharibəsi zamanı şəhid olub.

Bulaq kompleksinin açılış məsasimdə çıxış edənlər bildirdi ki, Müzəffər Ali Baş Komandan və şanlı ordumuz tarixi qələbə ilə Azərbaycan tarixində yeni səhifə açdılar. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, şərəfli tariximizdir. Qeyd olundu ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş qəhrəmanların xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücayət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi, şəhidlərimizin qanı yerdə qalmadı. Mərasimdə məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirildi.

Sakinlərin təşəbbüsünü yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımın onları çox qürurlandırdığını bildirirlər. Onlar hesab edir ki, bu canını vətənə fəda edən qəhrəmanlara xalqın böyük dəyəridir.

Yenicə istifadəyə verilən abidə kompleksi sakinlər tərəfindən ziyarət olundu və şəhidlərin büstü önünə güllər düzüldü.

Milli.Az


Etiketlər:  Şabranın Rəhimli kənd sakinləri şəhidlərin xatirəsinə abidə kompleksi inşa etdirib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ