Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 17:15
Naringinin faydaları saymaqla bitməyəcək qədər çoxdur. Mövsümündə istehlak edilən yaşıl naringi tərkibindəki vitaminlər və qiymətli qidalar sayəsində bir çox xəstəliklərin qarşısını alır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, sitrus meyvələri arasında yer alan naringi tərkibindəki C vitamini sayəsində soyuqdəymə riskini azaldır.
İmmuniteti gücləndirməklə yanaşı, hüceyrələrdə zədələnmə prosesini dayandırır. Tərkibindəki fitokimyəvi maddələr orqanizmdə antikanserogen xüsusiyyətlər yaradır. Bunun sayəsində normal hüceyrələrin xərçəngləşməsinin və şişlərin böyüməsinin qarşısını alır. Beləliklə, naringi insanları bir çox xərçəng növlərindən qorumağa kömək edir.
Naringi aşağı qlisemik indeksi olan bir meyvədir. Qan şəkərini tənzimləyir. Təxminən 100 qram naringi 53 kalori ehtiva edir. Lakin həddən çox naringi istehlak etmək orqanizmlə ziyanlıdır.
Bu meyvənin az bilinən faydalarından biri qanda pis yağları azaltmağa kömək etməsidir. Antioksidantlarla zəngin olan naringi istehlakının xolesterolu aşağı saldığı məlumdur. Eyni zamanda ürək xəstəliyinə də yaxşı təsir edir.
Duz istehlakını azaltmaqla kaliumla zəngin tərəvəz və meyvələrin istehlakı təzyiqin tənzimlənməsində çox təsirlidir. Naringinin yüksək kalium və aşağı natrium tərkibi də qan təzyiqini tarazlamağa kömək edir.
Naringi A vitamini və karotenoidlərlə zəngin bir meyvə olduğundan gözü sarı ləkə xəstəliyindən qoruyur. Eyni zamanda gözdəki təzyiqi azaldaraq göz sağlamlığına qoruyucu təsir göstərir.
Tərkibindəki sərbəst radikalların dəridə zərərini azaltmağa kömək edən qidadır, dəriqoruyucu xüsusiyyətlərə malikdir.
Unutmayaq ki, hər meyvə və tərəvəzdə olduğu kimi, naringi istehlakında da diqqətli olmaq lazımdır. Bir dəfəyə 2 porsiyadan artıq naringi yemək sağlamlığa çox pis təsir edir. Həddindən çox meyvə istehlakı qan şəkərini yüksəldir. Bu da qarın və qaraciyər ətrafında piylənməyə səbəb olur.