Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 21:54
Qadınlar 30 yaşdan sonra müəyyən xəstəliklər riskinə daxil olur. Bunlar süd vəzi, uşaqlıq yolu xərçəngi, diabet və hormonal xəstəliklərdir.
Hər bir qadın profilaktik olaraq ildə 1 dəfə qadın çek-apından keçməlidir.
Bu müayinələrə nələr daxildir.
Sonxeber.net xəbər verir ki, qadınlar 18 yaşdan başlayaraq, 6 aydan bir ginekoloq, ildə 1 dəfə mammoloq və endokrinoloq qəbulunda olmalıdır.
Eləcə də stomatoloq - ağız boşluğu, dişlərin vəziyyəti və nevroloq- sinir sistemini müayinə vacibdir.
33-35 yaşdan sonra mütləq ildə bir dəfə:
- kardioloq - ürəyin müayinəsi
- Endokrinoloq -hormonal status və diabet üçün
- Oftalmoloq - göz dibi və gözlərdə dəyişiklik
- Qastroenteroloq - mədə-bağırsaq
Bu həkimlərdən tibbi sığorta xətti, illik dispanserizasiya - poliklinikalarda məcburi dövrü yoxmalar zamanı və ya özəl klinikalarda şəxsi təşəbbüslə keçmək olar
Hansı analizlər mütləqdir:
- Ümumi və biokimyəvi analiz
- Sidiyin analizi
- Ginekoloji yaxma əkilməsi
- Uşaqlıq boynundan sitoloji analiz
- Vitamin D, ferritin analizi
- Bəzi mineral, vitaminlər analizi
- TSH, T3, T4 analizi
- USM - süd vəzi, ginekoloji, qalxanvari vəz
- Kardioqramma, EXQ
- Ağ ciyərlərin rentgeni
- Ayaq venalarının dopleri
Bu müayinələr orqanizmdə dəyişiklikləri göstərir, xəstəliklərin qarşısını almağa yardımçı olur. Xüsusilə yumurtalıq, uşaqlıq və uşaqlıq boynu, zob və süd vəzi xərçənginə qarşı daim diqqətli olmalısız. /medicina.az