Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - FOTO

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində - FOTO

Tarix: 9 Noyabr 2021 11:24

8 noyabr - Zəfər Günü tarixində, Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan icmamınız nümayəndələri iştirak ediblər.

Milli.Az


Etiketlər:  Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ