Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib - FOTO

Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib - FOTO

Tarix: 9 Noyabr 2021 22:14

Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, iştirakçılar keçmiş prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, onun azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Vahid Milli Hərəkat Partiyasınn sədri Nika Meliya bildirib ki, sabah Tbilisidə bir neçə yerdə aksiya təşkil olunacaq.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb və Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilib. O, ötən gün Tbilisinin 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb. Sabah siyasətçinin işi üzrə Tbilisi Şəhər Məhkəməsində prosesin keçiriləcəyi gözlənilir. İş 2007-ci ildə Tbilisidə müxalifətin mitinqinin dağıdılması və "İmedi" teleşirkətinə hücumla bağlıdır.

Milli.Az


Etiketlər:  Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ