Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" konfransı keçirilib - FOTO

Tarix: 10 Noyabr 2021 18:18

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

4 noyabr Bakı Musiqi Akademiyasında konfransın açılış konserti baş tutub. Konsertdə ilk öncə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, giriş sözü ilə çıxış etdi. Sonra Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Səyavuş Kərimi, AMK-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Lalə Hüseynova və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Sənətşünaslıq doktoru Konstantin Zenkin çıxış ediblər.

Ardınca söz musiqiyə verilib. Violonçel üçün "Çahargah" muğamı, T.Quliyev "Sevgilim", A.Məmmədova "Şövq", S.Raxmaninov Etüd şəkil N.9, Əməkdar artist  Yulizanna Kuxmazovanın rəhbərliyi ilə "Anlamadan", "Eylədim", Xalq mahnısı "Çal oyna" (işləməsi Y.Kuxmazova) ifa olundu. Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatıb.

Qeyd edək ki, "Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu" mövzusunda olan elmi-praktiki konfransın iclasları Bakı Musiqi Akademiyasında və "Premium park" otelində müxtəlif ölkələrin iştirakı ilə keçirilib.

Milli.Az


Etiketlər:  Şərq Qərb musiqi mədəniyyətlərinin dialoqu konfransı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ