Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - VİDEO

İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - VİDEO

Tarix: 11 Noyabr 2021 08:08

Göyçayda keçirilən tədbirlərin birində maraqlı anlar yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, rayonun icra başçısı Mehdi Səlimzadənin çıxışı zamanı qeydə alınıb.

Belə ki, RİH rəhbərinin çıxışı zamanı şəhid Toğrul Hacıyevin 4 yaşlı qızı Ləman şeir deməyə başlayıb. Şəhid övladının bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. İcra başçısı şəhid qızının addımını gülüşlə qarşılayıb.

Qeyd edək ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin Ləmanla yanaşı, iki yaşlı Tunar adlı oğlu da Vətənə yadigar qalıb.

Milli.Az


Etiketlər:  İcra başçısının çıxışı zamanı şəhid qızının addımı gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ