Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehdili kəndinin məktəb problemi - VİDEO

Mehdili kəndinin məktəb problemi - VİDEO

Tarix: 11 Noyabr 2021 13:48

Bərdə rayonu Mehdili kənd sakini Vidadi Əhmədovun qaynar xəttimizə göndərdiyi videonu təqdim edirik.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Mehdili kənd tam orta məktəbinin direktor əvəzi Niyazi Kazımovla əlaqə saxladıq. Niyazi müəllim məktəbin oktyabrın 6-sı saat 12:45-də uçduğunu təsdiqlədi. Xoşbəxtlikdən həmin vaxt sinif uşaqları yaxınlıqdakı stadionda idman dərsində imiş və buna görə də ziyan çəkən olmayıb. Hazırda məktəbin həyətində qoyulmuş konteynerlərdə dərslər keçilir, 10-11-ci sinif şagirdləri isə təhsillərinə distant şəkildə davam edirlər.

O ki qaldı yeni məktəb binasının inşasına, Niyazi müəllim bu barədə məlumatlı olmadığını, lakin rayon təhsil şöbəsinin əməkdaşlarının hadisə yerində olduqlarını bildirdi. Biz də öz növbəmizdə Bərdə rayon Təhsil şöbəsi ilə əlaqə saxladıq. Müdir əvəzi Ədalət İsmayılov bildirdi ki, 1990-cı ildə istifadəyə verilmiş Mehdili kənd tam orta məktəbi cəbhə zonasına yaxın yerləşdiyi üçün müharibə dövründə mərmi təkanlarına məruz qalıb. Elə binanın qəfildən uçması da bununla bağlıdır. Hadisə günü həm rayon rəhbərliyinin nümayəndələri, həm də təhsil şöbəsinin əməkdaşları ora gəlib. Tədrisin dayandırılmaması, uşaqların müasir koteclərdə yerləşdirilməsi qərarına gəlinib. Eyni zamanda 224 yerlik yeni məktəb binasının da həmin ərazidə inşa edilməsi qərarlaşdırılıb. Məktəb binasının layihəsi təsdiqlənən kimi inşasına başlanacaq. Ədalət İsmayılov həmçinin şagirdlərin müvəqqəti təhsil aldığı həmin koteclərə istilik sistemlərinin quraşdırılacağına da söz verdi.

Milli.Az


Etiketlər:  Mehdili kəndinin məktəb problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ