Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 12:26
"Gələn il orta aylıq pensiyanın məbləği 327 manatdan 343 manata qaldırılacaq".
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, yaşa görə pensiyanın məbləği isə 331 manatdan 372 manata çatacaq: "Digər pensiya növlərində də artımlar olacaq. Əlilliyə görə pensiyanın məbləği 38 manat artaraq 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın məbləği isə 35 manat artaraq 263 manatdan 299 manata çatacaq".
Qeyd edək ki, minimum pensiyanın məbləği 200 manatdan 240 manata qaldırılır.