Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni məyus edən bəzi məqamlar var'' - Milan Obradoviç

''Məni məyus edən bəzi məqamlar var'' - Milan Obradoviç

Tarix: 13 Noyabr 2021 15:56

"Futbolçular bu gün meydanda bütün bacarığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm. Qol epizodlarımız var idi. Əlimizə düşən şanslardan yararlanmalı idik".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Avstriyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi" - deyə o bildirib.


Etiketlər:  Məni məyus edən bəzi məqamlar Milan Obradoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ