Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaz Ələsgərli qızlarının boşanmasından danışdı: ''Dalbadal ikisi də ayrıldı''

Almaz Ələsgərli qızlarının boşanmasından danışdı: ''Dalbadal ikisi də ayrıldı''

Tarix: 15 Noyabr 2021 20:05

"Uşaqlarıma görə pis günlərə qalmışam. Hər ana, ata istəyir övladı xoşbəxt olsun. Qızlarım ailə qurdu, amma dalbadal ikisi də ayrıldı. şükürlər olsun ki, indi böyük qızım ailə qurub. İki nəvəm var".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "Onun sirri" verilişində deyib. Müğənni qızları Mədinə və Əminənin illər əvvəl ailə qurub boşanmasından söz açıb:

"Bu yaxınlarda üçüncü nəvəm də dünyaya gələcək. Həyat davam edir, hər qazanın öz qapağı var. Hamının həyatında bu iş ola bilərdi. Hər şeyə biz hazır olmalıyıq. Elə bilirdim ki, qızlarım ailə quranda yaxşı olacaq. Yaxşı yaşamaları üçün canımı verdim, amma alınmadı. Gedib toyda oxuyanda da elə bilirdim toy üstümə gəlir. Deyirdim, axı niyə? Qızlarımı elə böyütdüm, tərbiyə verdim, hər şey etdim. Niyə onlar ayrıldı?".

A.Ələsgərli ayrıldığı həyat yoldaşının vəfat etdiyini bildirib:

"Onunla ailə qurmağımı valideynlərim istəmirdi. Heç kimə qulaq asmadım. Amma sonra alınmadı. İndi rəhmətə gedib, qızlarım atalarını unutmur. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır".

Qeyd edək ki, A.Ələsgərlinin iki qız övladı var. Mədinə hazırda İsveçdə yaşayır. O, ailə qurub və iki övladı var.


Etiketlər:  Almaz Ələsgərli qızlarının boşanmasından danışdı Dalbadal ikisi ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ