Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 09:02
Fransanın bütün ərazisində məktəblərdə maskadan istifadə tələbi yenidən qüvvəyə minib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, orta məktəblərdə şagirdlər, müəllim heyəti və texniki işçilər üçün maskadan istifadə mütləqdir.
Hökumət mənbələri bildirir ki, bütün departamentlərdə 2-ci səviyyəli sanitar protokol rejimi tətbiq edilir. Bu zonalarda məktəblərdə maskadan istifadə tələb edilir.
Qeyd edək ki, sentyabrın sonunda yoluxma az olan ərazilərdə yerləşən məktəblərdə maskadan istifadə tələbi ləğv edilmişdi.