Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 14:58
İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd-gömrük məntəqələrinin işi peşəkar səviyyədə təşkil olunacaq.
Dövlət Gömrük Komitəsi Qafan-Gorus avtomobil yolunun Azərbaycandan keçən hissəsində nəzarət-buraxılış məntəqəsi yaradıb. Keçid məntəqəsində 24 saat ciddi nəzarət təşkil edilib.
Sonxeber.net xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, gömrük- keçid məntəqələrinin yaradılmasına da başlanıb. Belə məntəqələrdən biri də Gorus-Qafan yolu üzərindədir.
Azərbaycan ərazisində daxil olan şəxslər, mallar və nəqliyyat vasitələri müvafiq qaydada gömrük və sərhəd nəzarətindən keçməlidir. Həmçinin xarici ölkəyə məxsus avtomobillərin sürücüləri yol vergisi və icazə blankının verilməsinə görə dövlət rüsumu ödəməlidirlər.
Qeyd edək ki, Gorus-Qafan yolundakı keçid məntəqəsinə daxil olan yüklər hazırda texniki nəzarət vasitələri və xüsusi təlim keçən itlərin köməyilə yoxlanır.
Şahin Ələsgərov deyib ki, hazırda digər ərazilərdə də gömrük-keçid məntqələrinin yaradılması istiqamətində işlər görülür.
İdarə rəisinin sözlərinə görə, yaxın vaxtlarda həmin ərazilərdəki sərhəd-gömrük məntəqələrinə müasir standartlara cavab verən yeni avadanlıqlar, xüsusi texniki nəzarət vasitələri gətiriləcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilərimizdə də sərhəd-gömrük məntəqələrinin işi peşəkar səviyyədə təşkil olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: