Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Ayxan Vəliyev - VİDEO

Qəhrəman şəhidimiz Ayxan Vəliyev - VİDEO

Tarix: 17 Noyabr 2021 20:14

İşğal altındakı torpaqlarımızın azad edilməsində onun da payı var. Söhbət Ağstafa rayonundan olan qəhrəmanımız Ayxan Vəliyevdən gedir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Ayxan Vəliyev 1995-ci ildə rayonun Dağ Kəsəmən kəndində anadan olub.

44 günlük müharibənin qəhrəmanlarindan olan Ayxan Vətən uğrunda arzularından, xəyallarından, gəncliyindən keçib. 

İkinci Qarabağ müharibəsinə könüllü qatılan Ayxan Vəliyev ötən il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.  Bununla da həm xalqımızın, həm də ailəsinin başını uca edib.

Vətən müharibəsində döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ayxan Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Qəhrəman şəhidimiz Ayxan Vəliyev VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ