Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 23:20
Mədəniyyət, təbiət və tarix turizminin üstünlük verdiyi yerlərdən biri olan Türkiyənin Qərbi Qara dənizdə fəaliyyət göstərən otellərin internet səhifələrini kopyalayaraq turistləri aldatmağa başlayıblar. Aviatravel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turistləri saxtakarlığa qarşı xəbərdar edən Qərbi Qaradəniz Otelçilər Dərnəyinin (BAKTOD) sədri Halit Ergül, otellərdə son zamanlar fırıldaqçıların üzündən problemlər yaşanmağa başladığını bildirib.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, rezervasiyaların otellərin internet saytlarını tam olaraq kopyalayaraq edildiyini, qonaqların otelin internet saytından rezervasiya etdiklərini zənn edərək depozit qoyduğunu və aldadıldığını söyləyən Ergül, qonaqların bu mövzuda çox diqqətli olmalarını xahiş etdi.
Turistlərə tətil edəcəkləri otelə zəng edərək pulu yatırmadan əvvəl rezervasiyalarını təsdiqlədiklərini öyrənmələrini məsləhət gördü.
Otel rəhbərliyinin bu vəziyyətlə üzləşdiyini, məhkəmə prosesi başlatdıqlarını, ancaq bağlanan "kopya saytları"nın yerinə yenilərinin açıldığını ifadə edən Ergül, bildirib:
''Qonaqlar fırıldaqçılıq məsələlərində çox diqqətli olmalıdırlar. Onlar otelə zəng edib oteldən təsdiq almalıdırlar. Yaxud bizim işlədiyimiz rəsmi turizm agentlikləri vasitəsilə rezervasiya edə bilərlər. Onların işlədiyi turizm agentlikləri otellərin internet saytında açıq-aydın görünür. Həmin agentliklər vasitəsilə rezervasiya edə bilərlər. Qonaqları aldadırlar ki, endirim edirik. Hazırda bizim ərazidəki otellərdə yer yoxdur. Yer olmasa da, yer problemi yoxmuş kimi sata bilərlər".