Tarix: 26 Avqust 2019 12:29
Rusiya birinci divizionunda 10-cu turun oyunları
keçirilir.
Qol.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının
futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə “Şinnik”ə
1:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxan Kamran matçın
47-ci dəqiqədə qələbə qolunun müəllifi olub. 20 yaşlı hücumçu 76-cı dəqiqədə
əvəzlənib.
Qeyd edək ki, Kamran bu mövsüm 4 qol vurub. Onun
komandası 10 turdan sonra 24 xalla 2-ci pillədə qərarlaşıb.