Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 08:54
İsveçrədə koronavirus pandemiyasının beşinci dalğası peyvənd olunmayanları təhdid edir.
APA-nın "Le Monde"a istinadla xəbərinə görə, hökumət həftə sonu Covid-19-la mübarizə üçün yeni planlarını açıqlayacaq.
Konfederasiyada yenidən məhdudiyyətlərin tətbiqi ehtimalı böyükdür. Buna səbəb vaksinləmə prosesinin ləngiməsidir. Proses ilk vaxtlarda sürətlə getsə də, son 2 həftədə 65% həddini keçməyib. Əhalini peyvənd olunmağa təşviq etmək üçün ötən həftədən etibarən pulsuz PSR testləri dayandırılıb. Xəstəxanaya isə əksər hallarda peyvənd olunmayanlar müraciət edirlər.
Yayda gündəlik yoluxma hallarının 15-20 nəfərə düşdüyü Konfederasiya son günlərdə yoluxma sayına görə Avropada ilk sıralarda yer alır.