Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST pandemiyanın yeni episentrini açıqladı

ÜST pandemiyanın yeni episentrini açıqladı

Tarix: 18 Noyabr 2021 09:44

Vəziyyəti sabitləşdirdikdən sonra Avropa yenidən koronavirus pandemiyasının episentrinə çevrilib.

Bu barədə ÜST-ün regional ofisinin mətbuat xidməti məlumat yayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu bir sıra səbəblərlə - yüksək yoluxucu "Delta" ştammı, aşılanmamış və ya immuniteti zəif olan insanlar, soyuq hava səbəbindən qapalı məkanlarda keçirilən tədbirlər və s. izah edilib.

Məlumata görə, peyvəndlərin yüksək göstəricilərinə baxmayaraq, Avropada həm xəstələrin sayı, həm də xəstəxanaya yerləşdirmə və ölüm nisbəti artır. Nəticədə, ölkələrdə yenidən bir sıra məhdudlaşdırıcı tədbirlərə əl atılır. Məsələn, noyabrın 15-dən Avstriyada peyvənd olunmamış bütün vətəndaşlar üçün karantin rejimi tətbiq edilib.

Milli.Az


Etiketlər:  ÜST pandemiyanın yeni episentrini açıqladı


RƏYLƏR