Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kim hər il “Liverpul” – “Real” oyununa baxmaq istəyər?”- Klopp

''Kim hər il “Liverpul” – “Real” oyununa baxmaq istəyər?”-   Klopp

Tarix: 26 Avqust 2019 13:28

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 3-cü turunda "Arsenal"la görüşdən sonra maraqlı açıqlama verib

Qol.az "goal.com"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hər il Çempionlar Liqasında eyni komandaların qarşılaşmasından narahat olduğunu bildirib:

“Ümid edirəm ki, bu cür liqa bu il olmayacaq. Avropa Liqası müasir futbola Çempionlar Liqasından daha çox töhfələr verir. Mənim üçün ÇL həmişə eyni komandaların bir-birinə qarşı oynadığı və bunun heç vaxt yekunlaşmadığı bir Superliqadır. Əlbəttə ki, bu, iqtisadi cəhətdən vacibdir. Amma biz bu sistemi niyə bu cür yaratmışıq ki? On il ancaq “Liverpul” – “Real” oyununu kim izləmək istəyər?”

Bununla belə çalışdırıcı futbolda yaradılan imkanlardan da danışıb: “FIFA və UEFA turnirlərdə daha çox iştirakçının olmasına çalışırlar. Görünür ki, onlar bir günü belə futbolsuz saxlamaqdan qorxurlar. Nəhayət, tamaşaçı da bir gün deyəcək ki, “mən bu və ya bu kimi oyunları izləmək istəmirəm”.

Qeyd edək ki, “Liverpul” son Çempionlar Liqası və UEFA Super Kubokunun qalibidir.
 


Etiketlər:  hər Liverpul Real oyununa baxmaq istəyər Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ