Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2021 19:36
Rusiya paytaxtında "Şosse Entuziastov" metro stansiyasını daşqına məruz qalıb. Su basqınına qəfil yaxalanan sərnişinlər isə stansiyadan çıxmaq üçün "Kalmar oyunu" oynamaq məcburiyyətində qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Videodan görünür ki, daşqına məruz qalan stansiyada sərnişinlərin keçə bilməsi üçün yerə əl altında olan əşyalar - lövhələr, köhnə oturacaqlar və başqa əşyalar döşənib. İnsanların onun üzərində hərəkəti isə Koreya istehsalı olan məşhur serialın səhnələrini xatırladıb.
""Rusiyanın "Kalmar oyunu"", "Bu serialda oyunçuların şüşə lövhələri keçməli olduğu səhnədir. Burda da lövhələri tapdalamaq və yıxılıb-yıxılmayacağını təxmin etmək lazımdır", - deyə istifadəçilər paylaşılan görüntüyə münasibət bildiriblər.