Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazinin əlillik təyinatı problemi - VİDEO

Qazinin əlillik təyinatı problemi - VİDEO

Tarix: 19 Noyabr 2021 13:32

Şahsəddin Qafarov hərbi xidmətə yollananda Vətən Müharibəsinin başlamasına 2 ay qalırdı. İlk günlərdən döyüşlərə qatılan gənc əsgər Füzuli,Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.1 ay sonra, yəni oktyabrın 27-də ağır yaralanıb.Düşmən atəşi nəticəsində Şahsəddin bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alıb. Döyüş yoldaşı tərəfindən xilas edilən qazi təcili sürətdə Füzulidəki xəstəxanaya çatdırılıb. Burada əməliyyat olunub. Bağırsağının zədələnmiş hissəsi 30 sm kəsilib. Füzuli, ordan da Ağcabədi və Şəmkir xəstəxanalarına göndərilən Şahsəddinə, Şəmkirdə 60 günlük məzuniyyət verilib. Yanvarın 6-da məzuniyyət bitdikdən sonra Bakıda yerləşən Hərbi Hospitala göndərilib. Burada Şahsəddinin bağırsağı 2-ci dəfə əməliyyat olunub, eyni zamanda qolundan çıxarılan qəlpə yerləri tikilib.

İyul ayında şəhadətnamə alan Şahsəddin bundan sonra əməliyyat edilib və qığırdağında olan qəlpə çıxarılıb. Daha sonra get-gələ düşən qazi forma-88-i, Əlillik alt sisteminə daxil etdirməyə müvəffəq olub və o əlillik təyinatı üçün müraciət edib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Şahsəddinin atası deyir ki, oğlum xidmətə yararsızdırsa, iş görə bilmirsə, deməli ona əlillik təyinatı aparılmalıdır. Yox aparılmırsa,onda sağlamlığı qaytarılsın.

Qafarovlar ailəsinin digər problemi isə Şamaxı rayon Məşğulluq mərkəzi ilə bağlıdır. Deməli, maldarlıqla məşğul olmaq üçün müraciət edən ailəyə qurum tərəfindən bu cür cavab verilib.

Doğrusu,ailəni aktivlərlə təmin etmək üçün qurum tərəfindən əlillik təyinatı ilə bağlı sənədin istənilməsi bizi təəccübləndirdi. Çünki,artıq təcrübəmizə əsasən bilirik ki,xırda və ya iribuynuzlu heyvanlarla təmin olunmaq üçün xüsusi olaraq əlillik təyinatına ehtiyac yoxdur. Bu Müharibə iştirakçıları və qazilər üçün də belədir.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurum tərəfindən məsələyə aydınlıq gətirildi.

Əlillik təyinatı məsələsinə gəlincə. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, qazinin hazırkı vəziyyəti əlillik təyinatına əsas vemir.

Milli.Az


Etiketlər:  Qazinin əlillik təyinatı problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ