Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada dəhşət: İnsanları körpüdən asdılar - FOTO

Meksikada dəhşət: İnsanları körpüdən asdılar - FOTO

Tarix: 20 Noyabr 2021 11:12

Meksikanın Zakatekas əyalətində doqquzu yerüstü keçiddən asılmaqla 10 meyit aşkarlanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 9 cəsədin yerüstü keçidin qoruyucu barmaqlıqlarından asılmış vəziyyətdə olduğu bildirilir. 1 cəsəd isə yol kənarında tapılıb.

Ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.

Yerli medianın məlumatına görə, bazar ertəsi günü də Zakatekasda körpüdən asılmış üç cəsəd tapılıb.

Qeyd edilir ki, Zakatekada keçən il 1 065, bu ilin ilk yeddi ayında isə 800-dən çox adam cinayət səbəbindən həyatını itirib. Meksikada bu ilin ilk doqquz ayında 25 mindən çox insan cinayətə qurban gedib.

Milli.Az


Etiketlər:  Meksikada dəhşət İnsanları körpüdən asdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ