Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bizdə şou-biznes yox, “şor-biznes”i var”

“Bizdə şou-biznes yox, “şor-biznes”i var”

Tarix: 20 Noyabr 2021 14:10

"Mənim üçün "star"lardan danışmaq  çox çətindir. Çünki mən özüm ulduzam".

Milli.Az Olay-a istinadən xəbər verir ki, bu sözləri "Space Maqazin" verilişində Xalq artisti Cavan Zeynallı deyib. O gənc müğənniləri tənqid edərək bunları söyləyib:

"Mənim üçün ulduz Rəşid Behbudov, Müslüm Maqomayev, Mirzə Babayev, "Qaya" qrupu idi. Amma indi belələri yoxdur. Fikrimcə, musiqidə biznes olmamalıdır. Əgər fikrində biznes, pul varsa, o musiqiçi deyil.  Gərək pul nədir bilməsin, hesabı olmasın. Əvvəl belə şeylər yox idi. Bir-iki mahnı oxuyurduq, çıxıb gedirdik. Deyirdik ki, heç nə lazım deyil, xalq üçün oxumuşuq. Biznes xoşuma gəlmir, çünki insan onunla maraqlananda öz ürəyini bağlayır.

Bir sözlə əsl musiqiçi puldan danışmamalıdır. Yalnız sənətlə məşğul olmalıdır. Çünki sənət  Allahın yanındadır. Çox ifaçılar var ki, onların efirə çıxıb oxuması yaxşı deyil. Amma  pul qazanmaq  üçün oxuyurlar. Deyirlər, zalda oturanlar heç nə başa düşmürlər, yalnız əl çalırlar. Lakin onlar əsl musiqini anlamırlar, hiss etmirlər. Bizdə şou-biznes yoxdur, "şor-biznes"i var".

Milli.Az


Etiketlər:  Bizdə şou biznes yox şor biznesi var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ