Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2021 15:08
Yaşlananda alacağı pensiyanı işlədiyi dövrdə ödədiyi vergi vasıtəsi ilə yığan vətəndaş bu pensiyasını daha tez, lazımi limitə çatmadan da ala bilər. Yəni vaxtından əvvəl də yaşa görə pensiya almaq olar. Milli Məclisin büdcə müzakirələrində edilmiş bu təklifin təfərrüratlarından danışacağıq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycanda insanlar vaxtından əvvəl pensiya ala bilər. Bu, yığılmış pensiya kapitalından pensiya yaşına çatmadan istifadənin mümkünlüyü haqqında təklif qəbul ediləcəyi təqdirdə mümkün ola bilər. Millət vəkili Vüqar Bayramov vaxtından əvvəl pensiya kapitalından istifadə hallarından əvvəlcədən istifadə olunması ilə bağlı bir çox ölkələrdə qanun layihələrinin mövcud olduğunu deyir.
Millət vəkili deyir ki, bu təklifin qəbul edilcəəyi təqdirdə ölkədə pensiya kapitalına maraq artar, pensiya kapitalından daha səmərəli istifadəyə imkan yaranar. Azərbaycanda pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı minimum pensiyanın 144 mislinə, yəni 12 illik həddinə bərabər olur. Milli Məclisin büdcə müzakirələrində edilən təklifin digər məqamına görə tez pensiyaya çıxmaq istəyən vətəndaşın pensiya kapitalının həcminin 144-ə deyil, fərqli rəqəmə bölünməsi sayəsində mümkün ola bilər.
Hazırda Azərbaycanda kişilər 65 yaşda, qadınlar isə 62.5 yaşda pensiyaya çıxır.