Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qüsl zamanı ağızın, burnun və qulağın içi də mütləq yuyulmalıdır?

Qüsl zamanı ağızın, burnun və qulağın içi də mütləq yuyulmalıdır?

Tarix: 20 Noyabr 2021 20:40

Qüsl alan zaman bədənin çölü və adi vaxtda gözlə görünən hissələri su ilə islanmalıdır. Ağızın içi və burun dəlikləri bura aid deyil. Çünki normal halda bunlar açıqda qalmır. Burun dəliklərinin ətrafı burunla birlikdə yuyulur, içinə su almaq vacib deyil. Qulaq dəliklərinə gəlincə, gözlə görünən hissələr baş ilə birlikdə yuyulmalıdır. Başı yuyan zaman suyu qulaqların iç tərəfinə çatdırmaq yaxud ovuca su alıb qulaqların içini islatmaq kifayətdir. Qadınların qulağında sırğa dəlikləri əgər xırdadırsa və adi halda dəliyin içi görünmürsə, onları da yumaq lazım deyil. Amma sırğa dəlikləri çox geniş olsa və içi görünsə, isladılması lazımdır.

Milli.Az


Etiketlər:  Qüsl zamanı ağızın burnun qulağın içi mütləq yuyulmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ