Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gün ərzində nə qədər şəkər qəbul etmək olar?

Gün ərzində nə qədər şəkər qəbul etmək olar?

Tarix: 20 Noyabr 2021 21:15

Ümumiyyətlə, şəkəri və onun növlərini iki qismə bölmək olar:

Sərbəst şəkərlər - qidaya və ya içkilərə qatıla bilən, həmçinin bal, meyvə şirələri və meyvə şirə konsentratları, bitki və meyvə əsaslı şərbətlər (siroplar) formasında mövcud olanlar.

Təbii şəkərlər - süd və meyvələrin tərkibində mövcud olur.

Şəkəri hansı formada və miqdarda qəbul etmək haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar vardır. Birləşmiş Krallığın "Qida üzrə Milli Elmi Məsləhət Komitəsinin" (SACN) məsləhətləri sərbəst şəkərin istehlakı haqda daha aydın təsəvvür verir. Belə ki, bu komitəyə əsasən şəkər sutkalıq enerji qəbulunun 5%-indən daha az olmalıdır. Bunu daha dərindən anlamaq üçün aşağıdakılar nəzərdən keçirilməlidir:

- 4- 6 yaş həddində olan uşaqlar sutkada 19 qramdan və ya 5 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

- 7-10 yaş həddində olan uşaqlar sutkada 24 qramdan və ya 6 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

- 11 yaş və ondan yuxarı olan uşaqlar və böyüklər sutkada 30 qramdan və ya 7 çay qaşığından çox sərbəst şəkər qəbul etməməlidirlər.

Bu həddləri nəzərdə saxlayaraq qeyd etməliyik ki, 330 ml miqdarında olan şirin qazlı içkinin tərkibində 35 qram və ya 9 çay qaşığı sərbəst şəkər var.

Əslində şəkər düşündüyümüz kimi yalnız şirin ərzaqların, şirin içkilərin və şirniyyatların tərkibində deyil, həmçinin müxtəlif növ içki və ərzaqların tərkibinə dad artırmaq məqsədi ilə əlavə edilir.  Şəkərin əlavə edildiyi gözlənilməyən ərzaqlara konservləşdirilmiş lobya və paxlalılar, çörək, salat sousları, ketçup, konservləşdirilmiş tərəvəzlər, tərəvəz turşuları da aiddir.

Ərzağın tərkibində şəkərin olub-olmadığını yoxlamaq üçün mütləq onun tərkibinə nəzər yetirilməlidir:

- Əlavə edilmiş sərbəst şəkərlər bəzən sadəcə olaraq şəkər kimi qeyd edilmir. Şəkərə gizli adlar verilir ki, bunlara aqave nektarı, qarğıdalı şirinləşdiricisi, dekstroz, bal, qarğıdalı şərbəti (siropu), sukroz, fruktoz, qlükoz və doşab kimi adlar aiddir.

- Tərkibdə qeyd olunan inqridiyentlərin sırası onların çoxluq göstəricisidir. Yəni ən öndə gələnlər sonrakılardan daha çox olması deməkdir.

- Əlavə aydınlıq üçün ərzağın qablaşdırmasının üzərində verilən əlavə Qida Məlumat panelinə də fikir verin. Burada istənilən növ şəkər sadəcə şəkər kimi qeyd edilir ki, bu da 100 qram ərzağın tərkibində neçə qram şəkərin olduğunu bildirir.


Etiketlər:  Gün ərzində qədər şəkər qəbul etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ