Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2021 17:38
Yaponiyada COVİD-19-a yoluxma halları virusun delta ştammının özünü məhv etməsindən sonra azalıb.
Sonxeber.net report-a istinadla xəbər verir ki, bunu Milli Genetika İnstitutunun professoru İturo İnoue deyib.
O, koronavirusun delta ştammının daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.
Bundan əlavə, Yaponiyada yüksək peyvəndləmə və infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi səbəbindən yoluxma halları azalıb.
Ölkədə üç ay ərzində yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma 200-i keçmir.