Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

II Albert tədbirlərə niyə knyaginyasız qatılır? - FOTOlar

II Albert tədbirlərə niyə knyaginyasız qatılır? - FOTOlar

Tarix: 22 Noyabr 2021 11:25

Monakonun Milli Günü münasibətilə kral ailəsi sarayda təntənəli tədbir keçirib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, mərasimdə knyaz II Albert əkizləri Qabriella və Jakla birlikdə iştirak edib.

Knyaginya Şarlen isə parada qatılmayıb. Bundan əvvəl Afrikaya gedən və uzun müddət Monakoda olmayan Şarlen yenicə saraya qayıtmışdı. Yarım il orada qalan knyaginyanın geri qayıtmasına onun xəstəliyi mane olub.

Geri qayıtdıqdan sonra isə onun səhhəti yenidən pisləşib. Bu haqda II Albert açıqlamasında deyib. O bildirib ki, həyat yoldaşı yenidən xəstəxanaya yerləşdirilib. Buna görə də onun uzun müddət ölkədə keçiriləcək böyük tədbirlərə qatılmasına icazə verilmir.

Övladları kağıza "Ana, sənin üçün darıxırıq" yazısını yazaraq, paradda əllərində tutublar.


Etiketlər:  Albert tədbirlərə niyə knyaginyasız qatılır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ