Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 02:48
Futzal üzrə Azərbaycan millisi Belarusda təlim-məşq toplanışına başlayıb.
Qol.az xəbər verir ki, yığma yoxlama görüşündə qüvvəsini sınayıb.
Rəqib meydan sahibi Belarus olub. Minsk şəhərindəki MAPİD İdman Kompleksində keçirilən oyun millinin məğlubiyyəti ilə başa çatıb - 3:5. Komandanın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurub.
Qeyd edək ki, avqustun 28-nə qədər Minskdə hazırlıq keçəcək millimiz həmin gün yerli komanda ilə ikinci dəfə üz-üzə gələcək.