Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndi istəsəm də, oxuya bilmirəm, çünki ayıb olar” - Əməkdar artist

Tarix: 25 Noyabr 2021 12:35

Yaxın günlərdə Əməkdar artist Yusif Mustafayev "Xeyir-dua" adlı mahnısını musiqisevərlərin ixtiyarına verəcək.

Milli.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya sənətçinin özü məlumat verib. Yusif Mustafayev yeni evlənən cütlüklərə həsr etdiyi mahnını çoxdan yazdırdığını deyib.

"Mahnı çoxdan yazılıb, sadəcə oxumurdum. Deyirdim ki, şəhidlərin il mərasimi çıxsın sonra. Düzünü deyim ki, bu mahnını oxmağa hələ ürəyim gəlmir. Bir az keçsin, görək oxuya biləcəyəmmi. İndi istəsəm də, oxuya bilmirəm, mənim üçün ayıb olar". 

Yusif Mustafayev "Xeyir-dua"nın sosial şəbəkədə yayılmasından xəbərsiz olduğunu vurğulayıb:

"Mahnını xəbərim olmadan yayıblar. Dedim ki, mahnının indi yayılmasının zamanı deyil, hazırda şəhidlərin il mərasimləri keçirilir. Bir az yaxşı deyil, il mərasimləri başa çatandan sonra oxuyacağam".

Milli.Az


Etiketlər:  İndi istəsəm oxuya bilmirəm çünki ayıb olar Əməkdar artist


RƏYLƏR