Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Tarix: 25 Noyabr 2021 13:58

Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Milli.Az-a verilən xəbərə görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

Milli.Az


Etiketlər:  Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ