Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 18:55
Mərhum meyxanaçı Vüqar Paşayevin (Biləcəri) sevgilisi Samirə Zeynallı "Elgizlə izlə" verilişinə qonaq olub.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, proqram zamanı Samirə ona qarşı irəli sürülən ittihamlara cavab verib. Biləcərini başqa qadınla evlənməyə qoymadığı deyilən Samirə bu fikirlərin əsassız olduğunu qeyd edib. Hətta o, 12 illik sevgilisi Vüqarla özünün evlənmək istəmədiyini dilə gətirib:
"Mən elə insan deyiləm. O cür oğlanı necə yanımda saxlaya bilərdim? Əgər mən sevdiyimə sahib çıxmışamsa, afərin mənə... Gəlin görək o sözləri kimlər deyir?
Onlar arxadadırlar. Mənim yerimdə olmaq istəyənlər deyirlər bu sözləri. Vüqarla bizim kəbinimiz olub. Deyirlər ki, guya onun ailəsi məni qəbul etməyib. Gəlin gedək soruşaq, görək qəbul ediblər məni, yoxsa yox? Mən ailəli olub ayrılmışdım. O isə subay oğlan idi. Bir daha eyni şeyləri yaşamaq istəmirdim. Onunla evlənməyi mən istəmədim!"
Qeyd edək ki, Vüqar Biləcəri ötən il avqustun 29-da vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilirdi. Meyxanaçı Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.