Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 08:28
WTI markalı xam neft fyuçerslərinin qiyməti Afrikada yeni növ koronavirusun aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.
Mütəxəssislər qeyd edirlər ki, "qara qızıl"ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.
"Nordea Asset Management"in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali "Wall Street Journal" qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:
"Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var".