Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun yeni ştammı neft i kəskin ucuzlaşdırıb

Koronavirusun yeni ştammı neft i kəskin ucuzlaşdırıb

Tarix: 27 Noyabr 2021 08:28

WTI markalı xam neft fyuçerslərinin qiyməti Afrikada yeni növ koronavirusun aşkarlanması fonunda demək olar ki, 13% ucuzlaşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, WTI neftinin yanvar fyuçerslərinin qiyməti 12,81% (10,03 ABŞ dolları) aşağı düşərək, 1 bareli 68,29 dollar təşkil edib.

Mütəxəssislər qeyd edirlər ki, "qara qızıl"ın uculaşması yeni ştamma görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır.

"Nordea Asset Management"in makro-strategiya departamentinin rəhbəri Sebastyan Qali "Wall Street Journal" qəzetinə bildirib ki, məhdudiyyətlər nəticəsində insanlar daha az səyahət edəcək və nəticədə enerji istehlakının azalacağı gözlənilir:

"Düşünürdük ki, hər şey tamamlanmaq üzrədir və indi, bəlkə də, yeni vaksinlərə ehtiyacımız var".

Milli.Az


Etiketlər:  Koronavirusun yeni ştammı neft i kəskin ucuzlaşdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ