Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaçırıq və arıqlayırıq. MÜTƏXƏSSİS MƏSLƏHƏTLƏRİ

Qaçırıq və arıqlayırıq. MÜTƏXƏSSİS MƏSLƏHƏTLƏRİ

Tarix: 28 Noyabr 2021 02:02

Hal hazırda bir çox insanlar arıqlamaq və sağlam olmaq üçün qaçışla məşğul olur.

Lakin qaçışdan fayda almaq üçün bunu düzgün etmək lazımdır. Mütəxəssislər qaçışla məşğul olmağa başlayan insanlara bəzi məsləhətlər verir. Bu məsləhətlərə əməl etmək çox vacibdir.

1. Qaçışla məşğul olmaq istəyən insanın sağlamlığında cıddı pozulmalar olmamalıdır. Əgər sizdə ürək-damar, nəfəsalma sistemi və s. orqan və sistemlərində pozulmalar varsa, mütləq əvvəl sizə nəzarət edən həkimlə məsləhətləşin. Ola bilsin ki, qaçış sizin üçün əks göstərişdir.

2. Qaçışla sübh tezdən məşğul olmaq lazımdır. Səhərlər hava daha təmiz olur. Ən əsası isə odur ki, məhz səhər tezdən qaçış metabolizm prosesləri sürətləndirir və bu da arıqlamağa kömək edir.

3. Qaçışdan əvvəl qida qəbul etmək olmaz. Su isə mütləq qəbul edin. Qaçış zamanı insan güclü tərləyir və bu da susuzlaşmaya səbəb olacaq. Qaçışdan əvvəl 1 stəkan təmiz su için. Suya 1 çay qaşığı bal da əlavə etmək olar.

4. Qaçış üçün yüngül və rahat paltar seçin. İdman ayaqqabısı çox vacib məsələdir. Düzgün seçilməmiş ayyaqqabı oynaqlar və onurğa sütununda ciddi pozulmaların əmələ gəlməsinə səbəb ola bilər. İdman dükanlarında xüsusi qaçış üçün nəzərdə tutulmuş idman ayaqqabıları satılır. Belə ayaqqabıların altlığı qalın olur və altlığın ortasında oyun olur ki, amortizasiya yaransın və oynaqlar və onurğa sütunu əziyyət çəkməsin.

5. Əgər siz bundan əvvəl heç vaxt idmanla məşğul olmamısınızsa, ehtiyatlı olun. Qaçmağa 5-10 dəqiqə ərzində və yavaş tempdə başlayır. Əgər 2 dəqiqədən sonra siz təngnəfəs olursunuz və daha qaça bilmirsinizsə, nəbzinizi yoxlayın. Nəbziniz 140 və bundan artıq vurursa, qaçışı təxirə salın. 1-2 həftə 30-40 dəqiqə ərzində sürətli tempdə yeriyin. Daha sonra isə qaçışa keçin. Lakin nəbzinizi yoxlamağa davam edin - 140 vurğudan az olmalıdır.

6. İdmanla bundan əvvəl məşğul olmayan insan bir gündən bir qaçışla məşğul olmalıdır və 5-10 dəqiqədən başlamalıdır. Daha sonra qaçışın vaxtını tədricən 30 dəqiqəyə kimi artırmaq və həftədə 5 dəfə qaçışla məşğul olmaq olar. Mütəxəssislərin fikirinə görə, 30 dəqiqədən az qaçış arıqlamağa kömək etməyəcək. Sağlamlığın qorunması, immun sisteminin möhkəmləndirilməsi üçün gün ərzində 15-20 dəqiqə ərzində qaçmaq kifayətdir.

7. Qaçış insana zövq verməlidir, qaçışdan sonra insan özünün gümrah hiss etməlidir. Lakin bu halda qaçış sağlamlığınıza xeyir gətirə bilər. Əgər insan qaçışdan sonra özünü çox yorğun, halsız hiss edirsə, deməli, qaçışın vaxtını azaltmalıdır.

8. Qaçanda özünüzü sıxmayın, gərgin olmayın. Qaçanda bədəninizi bir qədər qabağa əyin, başınızı çox aşağı salmayın, ayaqlarınızın altına baxmayın. Pəncələri tam şəkildə yerə qoymayın - əvvəl yerə daban, sonra pəncənin qabaq hissəsi dəyməlidir. Əgər qaçanda siz birdən bütün pəncəni yerə qoyursunuzsa, bu ayaqlar və onurğanıza  ziyan gətirə bilər.

9. Bəzən eşidmək olur ki, qaçış zamanı yalnız burunla nəfəs almaq lazımdır. Bu yanlış məlumatdır. Qaçış zamanı həm burunla, həm də ağızla nəfəs almaq olar.

10. Park, stadion qaçmaq üçün ən yaxşı yerlərdir.


Etiketlər:  Qaçırıq arıqlayırıq MÜTƏXƏSSİS MƏSLƏHƏTLƏRİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ