Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda GÜCLÜ YANĞIN: 20 nəfər təxliyə edildi

Bakıda GÜCLÜ YANĞIN: 20 nəfər təxliyə edildi

Tarix: 28 Noyabr 2021 09:34

Bakıda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binada yanğın olub.

Bu barədə Sonxeber.net Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bakıda GÜCLÜ YANĞIN nəfər təxliyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ