Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

On il əvvəl qəbul edilmiş qanun niyə yenilənmir? - VİDEO

On il əvvəl qəbul edilmiş qanun niyə yenilənmir? - VİDEO

Tarix: 29 Noyabr 2021 14:56

Ölkəmizdə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 10 il əvvəl müəyyən edilən qaydalarla verilir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki,  hazırda avtomobilə dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən maksimal 5 min manat ödənilir.

Sürücülərin və avtomobil ustalarının sözlərinə görə, avtomobil bazarında sözügedən müddət ərzində baş verən qiymət artımı ehtiyat hissələrinin də bahalaşmasına səbəb olub. Bu isə dəymiş ziyanı ödəməyə kifayət etmir.

Sığorta sahəsi üzrə ekspertlər bildirirlər ki, həm adi, həm də zəncirvari qəzalarda ödənilən məbləğin hadisə iştirakçılarının sayından asılı olmayaraq dəyişməməsi mübahisələri daha da artırır.

Ekspert Tural Şükürovun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan məbləğ azı 2-3 dəfə artırılmalıdır. Bu zaman sığorta haqqı da artırıla bilər.

Qeyd edək ki, icbari avtonəqliyyat sığortası 8 oktyabr 2011-ci il tarixdə qüvvəyə minmiş "İcbari sığortalar haqqında" qanunla tənzimlənir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  əvvəl qəbul edilmiş qanun niyə yenilənmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ