Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 08:04
"Yenidən burada olmaq heyrətamizdir. İki il əvvəl nə olacağını bilmirdim. Yenə buradayam. Çox xoşbəxtəm".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirləri PSJ-nin hücumçusu Lionel Messi "Qızıl top" mükafatını aldıqdan sonra bildirib.
Argentinalı oyunçu bildirib ki, yeni məqsədlər üçün mübarizəni davam etdirmək niyyətindədir:
"Neçə ilim qalıb, bilmirəm, amma buna çox ümid edirəm, çünki futbolu sevirəm. "Barselona", PSJ və Argentina millisindəki komanda yoldaşlarıma təşəkkür edirəm. Həqiqətən həyata keçirmək istədiyim xəyalımı gerçəkləşdirdim. Amerika kubokunda etdiklərimizə görə bu mükafat mənim əlimdədir. Mənim üçün çox özəl axşamdır".
Xatırladaq ki, Messi "Qızıl top" mükafatını 7-ci dəfədir qazanır. O, bu göstəricidə rekordçudur.