Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 16:18
Ötən gün "Dövlət Sərhəd Xidməti"nin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı ATV telekanalı efir siyasətində dəyişiklik edib.
Məsələ ilə bağlı Sonxeber.net-ın sorğusuna cavab olaraq telekanalın media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli əyləncə xarakterli verilişlərin dayandırıldığını bildirib:
"Həmin gündən etibarən proqramda dəyişiklik edildi. Efirdə olacaq əyləncəli verilişlər çıxarıldı. Baş vermiş hadisə ilə bağlı reportajlar, sujetlər və şərhlər yayımlandı və bu gün də məsələ ilə bağlı efir siyasətimiz eyni qayda ilə davam edəcək.
Əlavə olaraq onu da qeyd edək ki, bu gün efirimizdə Laçın rayonunun işğaldan azad edilməsinin 1-ci ildönümü ilə bağlı materiallara da geniş yer verilib.
ATV telekanalı olaraq, şəhidlərimizin ailələrinə baş sağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralananlara isə Allahdan şəfa diləyirik".