Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kənd sakinlərinin yol problemi - VİDEO

Kənd sakinlərinin yol problemi - VİDEO

Tarix: 1 Dekabr 2021 16:44

İzlədiyiniz videolar Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Saday Nurəliyev tərəfindən çəkilib. Qaynar xəttimizə göndərilmiş videoda Gəncə-Şəmkir yolunun Abbaslı və Aşağı Seyfəli kəndləri ərazisindən keçən hissəsinin dağıldığı açıq-aşkar görünür. Sakin problemin yaz aylarında dağlardan gələn sel suları nəticəsində yarandığını deyir. Ötən aylar ərzində problemin həll olunmadığını, vəziyyətin getdikcə daha da təhlükəli hal aldığını da əlavə etməyi unutmur.

Milli.Az xəbər verir ki, Real TV məsələ ilə bağlı Şəmkir rayonu Abbaslı kənd icra nümayəndəliyi ilə əlaqə saxlayıb. İcra nümayəndəsi Elbrus Məmmədov faktı danmadı. Sel daşqınlarından sonra əlaqədar qurumların hadisə yerinə gəldiyini və bununla bağlı məlumatlı olduğunu dedi. Elbrus müəllim Bildirdi ki, bir müddət öncə Aşağı Seyfəli sakinləri öz hesablarına yolun təmirinə çalışıblar. Lakin bu kifayət etməyib. İcra nümayəndəsi onu da əlavə etdi ki, yeni Seyfəli-Çinarlı-Şəmkir yolu istifadəyə verilmək üzrədir. O zaman bu köhnə yola ehtiyac da qalmayacaq.

Milli.Az


Etiketlər:  Kənd sakinlərinin yol problemi VİDEO


RƏYLƏR