Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 21:56
Beş yaşdan yuxarı uşaqların peyvəndlənməsindən sonra Çexiyanın koronavirus əleyhinə vaksinlənən əhalisinin payı 90,9 faizə çata bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, belə nəticəyə artıq cari ilin dekabr ayının sonlarında nail olmaq mümkündür. Nazirlik koronavirus əleyhinə immunlaşdırma proqramının yeni seqmentini dekabrın 8-dən işə salmaq niyyətindədir. Bundan ötrü tezliklə 5-11 yaşlı uşaqların qeydiyyatına başlanılacaq. Bildirilir ki, uşaqların peyvəndlənməsi üçün "Pfizer/BioNTech" şirkətinin istehsal etdiyi vaksindən istifadə olunacaq. Bu yaxınlarda Avropa dərman vasitələri agentliyi vaksinin 5 yaşdan yuxarı uşaqlar üçün tətbiqinə icazə verib. Hazırda bu proqram üçün xüsusi olaraq ayrılmış 300 min doza vaksin Çexiyanın sərəncamındadır.