Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

Tarix: 27 Avqust 2019 21:42

Bakı. Samir Əli - Trend:

Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun Şümrüd kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü epilepsiya xəstəsi Zülfüqarov Cavanşir Məsti oğlu yaşadığı kəndin ərazisində mal-qara otararkən epileptik tutması yaranıb. C.Zülfüqarov otlaq sahəsində yıxılıb. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

C.Zülfüqarov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Astarada yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ