Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim” - VİDEO

Alek Bolduin: “Mən heç vaxt tapançanın tətiyini çəkməzdim” - VİDEO

Tarix: 2 Dekabr 2021 14:05

Hollivud ulduzu Alek Bolduin operator Qalina Hatçinsin çəkiliş meydançasındakı ölümü ilə nəticələnən hadisələr barədə danışıb.

O, ABC kanalına müsahibə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor qeyd edib ki, "Pas" (Rust) filminin çəkilişləri zamanı əsl güllənin tapancanın içərisinə necə daxil olması barədə "heç bir fikri yoxdur".

"Mən heç vaxt kiməsə silah doğrultmazdım və tətiyi çəkməzdim, heç vaxt", - deyə Bolduin bəyan edib.

Xatırladaq ki, oktyabrın 21-də operator Qalina Hatçins adıçəkilən filmin çəkiliş meydançasında öldürülüb, rejissor Coel Sousa isə yaralanıb. Filmin baş rol ifaçısı Alek Bolduin rekvizit kimi istifadə edilən silahla təsadüfən onlara tərəf atəş açıb. Silahda naməlum səbəbdən döyüş mərmisi olub.

Milli.Az


Etiketlər:  Alek Bolduin Mən heç vaxt tapançanın tətiyini çəkməzdim VİDEO


RƏYLƏR