Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var

Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var

Tarix: 28 Avqust 2019 04:28

Bakı. Trend:

ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nyu-York şəhərinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir ki, binanın uçması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

"NBC" telekanalının məlumatına əsasən, ölən və yaralananlar ustalar olub. Binanın uçmasının səbəbi araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yorkda tikintisi gedən bina uçub ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ