Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 06:20
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Luiziana ştatına "Barri" qasırğasının nəticələrinin aradan qaldırılması üçün federal yardım ayırıb.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda deyilir: "Federal vəsaitlər təcili işlərin aparılması və qasırğadan zərər çəkmiş binaların bərpası və ya yenidən tikintisi üçün yerli hakimiyyətlər və qeyri-kommersiya təşkilatlar üçün əlçatandır".
Bundan əlavə, ştatın hakimiyyət orqanları tərəfindən sorğuya əsasən əlavə qərarlar da qəbul edilə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin