Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 08:34
"Keçən həftə Baş nazirliyin qarşısına gələn bir şəxs mənə hücum etmək istədi".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş deyib.
Baş nazirin sui-qəsdlə bağlı açıqlaması sürpriz və maraq yaradıb.
Babiş ona sui-qəsdə cəhd edən şəxsin üzərində tapılan silah, bıçaq, qandal kimi bir çox cinayət alətinin fotoşəkillərini paylaşıb.
"Təhlükəsizlik qüvvələrinə təşəkkür etmək istəyirəm. Həqiqətən, yaxşı iş gördülər. Mənim əlimdə gördükləriniz həmin insandan çıxanlardır. Koronavirus tədbirləri səbəbindən hər gün yeni təhdidlər alıram və təbii ki, onları sizinlə paylaşmıram", - Andrey Babiş yazıb.