Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vitamin xərçəngə səbəb ola bilər

Vitamin xərçəngə səbəb ola bilər

Tarix: 5 Dekabr 2021 12:38

Rusiyalı həkim Yelena Solomatina A vitamininin artıqlığının təhlükəsi barədə danışıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu maddədən həddindən çox istifadə xərçəngin inkişafına səbəb ola bilər.

"A vitamini antioksidantdır və onkologiyadan qoruyur, lakin onun həddindən artıq dozası, əksinə, onkologiyaya səbəb ola bilər", - deyə mütəxəssis bildirib.

Həkim digər vitaminlərin həddindən artıq dozasının mümkün nəticələrindən də danışıb. Beləliklə, sintetik C vitamininin həddindən artıq olması böyrək daşlarının, allergik reaksiyaların yaranmasına, D vitamininin artıqlığı isə qaraciyər problemləri, ürək bulanması, başgicəllənmə, şüurun qarışıqlığı, qusma və ya qəbizliyin meydana gəlməsinə səbəb ola bilər.

E vitamininin həddindən artıq olması hamilələrdə dölün tələf olmasına da gətirib çıxara bilər.

K vitamininin çox yüksək dozası tərləmə və yüksək tempratur yaradır.

Həkim hər hansı bir vitamin qəbul etməzdən əvvəl mütəxəssisə müraciət etməyi məsləhət görüb.


Etiketlər:  Vitamin xərçəngə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ