Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?

Yunan hərfləri bitəndən sonra mutasiyalar  necə adlanacaq?

Tarix: 5 Dekabr 2021 19:24

Hazırda koronavirus mutasiyaları yunan əlifbası ilə sıralanır, hər yeni mutasiya çıxanda növbəti hərfin adından istifadə edilir. Bəs, görəsən yunan hərfləri bitəndən sonra yeni mutasiyalar necə adlanacaq?

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə "Danışır Moskva" radiosuna açıqlama verən ÜST-nin Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç mutasiyaların yunan hərfləri ilə adlandırılmasının 2021-ci ilin mayından başladığını bildirib.

"Bundan sonra onların necə adlandırılması məsələsinə isə ÜST-nin ekspertlərinin ümumi rəyindən sonra qərar veriləcək", - deyə o qeyd edib.

Qeyd edilib ki, hazırda ən çox yayılan "delta" və "omikron" ştamlarıdır. Bu 2 hərfin arasında "nyu" və "ksi" hərfləri buraxılıb. Nyu ingiliscə "yeni" mənasını verdiyi üçün istifadə olunmayıb, "ksi" isə çinlilərin Xi soyadına bənzədiyi və anti-Çin təəssüratı yarada biləcəyi üçün mutasiya adı daşımaq şərəfindən məhrum edilib.


Etiketlər:  Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ