Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürdəmirdə ağır qəzada qadının beli sınıb

Kürdəmirdə ağır qəzada qadının beli sınıb

Tarix: 7 Dekabr 2021 08:14

Kürdəmir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məmmədova Xalist Qara qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona L2 fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğu üçün o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Fakt araşdırılır.

Milli.Az


Etiketlər:  Kürdəmirdə ağır qəzada qadının beli sınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ