Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə oğlan uşaqlarına ən çox verilən ad Məhəmməddir

Bu ölkədə oğlan uşaqlarına ən çox verilən ad Məhəmməddir

Tarix: 7 Dekabr 2021 09:44

Məhəmməd adı İngiltərədə ən populyar oğlan adı olaraq qalır.

"BabyCentre" tərəfindən yayılan məlumata görə, Muhammed, Muhammad, Mohammed və ya Mohammad kimi fərqli yazılışlara malik Məhəmməd adı artıq 5-ci ildir ki, siyahının başında yer alır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 2-ci və 3-cü yerləri tutan Nuh və Oliver adları ötənilki mövqelərini qoruyur.

Həmçinin, 100 ən populyar oğlan adları siyahısına Ömər (79) və Abdul (90) isimləri də daxildir.

Qız adları siyahısında Olivia ötən il 2-ci yerə endikdən sonra bu il yenidən zirvəyə yüksəlib. Sofiya adı isə 2-ci yerə düşüb.

Bununla yanaşı, Fatimə və Nur adları da 100 ən yaxşı qız adları siyahısına daxil olub.


Etiketlər:  ölkədə oğlan uşaqlarına çox verilən Məhəmməddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ